close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

İrandakı Korona; Məsulların "cəsarəti və iradəsi" yoxdur?

Oktyabr 9, 2020
Pouyan Khoshhal
4 dəqiqədə oxunur
Son həftələrdə, hər zamankindən daha çox, səlahiyyətlilər Tehranda və digər metropollərdə iki həftəlik tətil ehtiyacından danışdılar.
Son həftələrdə, hər zamankindən daha çox, səlahiyyətlilər Tehranda və digər metropollərdə iki həftəlik tətil ehtiyacından danışdılar.
Tehranda verilən son statistikaya görə, 8 Noyabr Bazar günü günortaya qədər 6400 nəfər xəstəxanaya yerləşdirildi.
Tehranda verilən son statistikaya görə, 8 Noyabr Bazar günü günortaya qədər 6400 nəfər xəstəxanaya yerləşdirildi.

9 Noyabr 2020

Korona virusu ilə mübarizədə yeni məhdudiyyətlər 10 Noyabr Çərşənbə axşamı günü başlayacaq. Bəzi sosial media istifadəçiləri bu qadağaların hədəfə çatacağını düşünmürlər. Payızda axşam saat 6-da alış-veriş edənlərin sayının demək olar ki, əhəmiyyətsiz olduğunu deyənlər var və bəziləri axşam 9-dan səhər 4-ə qədər olan komendant saatının az təsir etdiyini söylədilər. Çünki bu vaxt avtomobillərin hərəkətinə həsr olunmuşdur və xəstəliyin yayılmasına təsir göstərməyəcəkdir.

Bəzi istifadəçilər bu qadağaların həyata keçirilməsini siyasi adlandıraraq ölkədəki gecə tətillərinin səbəbinin 2009-cu il Noyabr ümumxalq etirazlarının ildönümünə təsadüf etdiyini deyirlər. Qarşıdakı məhdudiyyətlərin məqsədi nədir?

Səhiyyə Nazirliyinin hədəfi: ölümlərin 30 faiz azaldılması

İslam Respublikasının Səhiyyə Naziri "Səid Nəməki", 8 Noyabr 2020-cı il şənbə günü Korona virusuna qarşı mübarizə ilə bağlı yeni planların həyata keçirilməsi ilə bağlı bunları söylədi: "Önümüzdəki bir ayda xəstəxanaya yerləşdirilmələrin 30 faizini və ölümlərimizin 15 faizini azaltmaq üçün bir məqsəd qoymaq istəyirik. Önümüzdəki üç ayda xəstəxanaya yerləşdirilmələrdə yüzdə 50, ölümlərimizi yüzdə 30 azaltmalıyıq."

Başqa sözlə, cənab Nəməkinin nazirliyinin gündəlik statistikasına görə, yaxınlaşan planın bitməsindən sonra ölüm sayının 10 dekabr tarixinə qədər 350-ə çatacağını və bu rəqəmin 10 fevrala qədər gündə 200-ə enəcəyini gözləməliyik; Hələ də yüksək görünən rəqəmlər.

Tehranın bağlanması niyə ləğv edildi?

Son həftələrdə, hər zamankindən daha çox, səlahiyyətlilər Tehranda və digər metropollərdə iki həftəlik tətil ehtiyacından danışdılar. Tehran Şəhər Şurasının üzvləri, Tehranın metropol bölgəsindəki Korona Virus qərargahının üzvləri, ölkənin tibb sisteminin rəhbəri və Korona Virus qərargahının üzvü Minu Mohrəz və hətta Səhiyyə nazirinin müavini İrəc Hərirçi də daxil olmaqla bir çox insan dəfələrlə Tehranın vəziyyətinin yaxşılaşması üçün iki həftəlik bir fasilə lazım olduğunu və sözdə sağalmaq və nəfəs almaq lazım olduğunu bildirdi. Ancaq hələ bir qərar verilməyib.

Tehran valisi Ənuşirvan Mohseni Badpeyin son şərhində, 8 Noyabr Bazar günü rəsmi olaraq elan etdi: "Hazırda Tehranın iki həftəlik tam bağlanması istisna olunur. Dəyişkən iş saatları gündəmə gətirilən bir məsələdir, lakin müştərisi olan mərkəzlərdə bu plan həyata keçirilə bilməz."

İranın 89 şəhərində trafikin qadağan edilməsi, uzaqdan işləmə səviyyəsinin 50 faizə qaldırılması, səyahət qadağası ilə yanaşı 25 əyalət mərkəzinə trafikin qadağan edilməsi və 10 Noyabrdan etibarən müəssisələrin bağlanması kimi qərarlar, hökumətin iki həftəlik mütləq bağlanmaya təslim olmamaqdan əvvəl etmək istədiyi şeylərdəndir. Onları sınamaq üçün; Səid Nəməkinin hədəflərinə uyğun gəlsə, hələ də bir çox vətəndaşın ölümünə səbəb olacaq bir qərar.

Paytaxtın pis vəziyyəti və lazımi cəsarət

Tehranda verilən son statistikaya görə, 8 Noyabr Bazar günü günortaya qədər 6400 nəfər xəstəxanaya yerləşdirildi və xəstəxanalara müraciət edənlərin sayı xəstəxanadan çıxma sayından daha çoxdur.

Tehran Şəhər Şurasının sədri "Mohsin Haşimi Rəfsəncani," Kovid-19 xəstəliyi və havanın çirklənməsi səbəbiylə təkcə Tehranda hər gün 150 ilə 200 nəfərin öldüyünü söyləyir. O bu sayda itkinin dünyanın heç bir şəhərində olmadığına inanır.

O Korona ilə Mübarizə Üzərə Milli Qərargahıciddi şəkildə tənqid edərək dedi: "Başqa bir məsələ, Tehrandakı korona itkilərinin sayının artmasıdır ki, bu da son bir həftədə xeyli artmışdır və təəssüf ki, Milli Korona qərargahı Tehran Şəhər Şurası və Nümayəndələr Məclisinin Tehranı iki həftə bağlamaq barədə ekspert təklifinə hələ cavab verməyib. Əlbətdə ki, Tehrandakı Korona qərargahının komandiri bu təkliflə bağlı müsbət fikirlərini bildirdi, lakin görünən odur ki, qərar qəbul edənlər infeksiya zəncirini qıran və səhiyyə sistemini və işçilərini yenidən canlanması üçün minimal fürsət yaradan bu zəruri hərəkəti etmək üçün lazımi cəsarət və iradəyə sahib deyillər."

Tehran Şəhər Şurası səhiyyə komitəsinin sədri "Nahid Xodakərami"də Tehranda hər gün 200 nəfərin öldürüldüyünü təsdiqlədi, Tehran Şəhər Şurasının bazar günü keçirilən iclasında dedi: Hazırda Tehranda 6000 nəfər xəstəxanaya yerləşdirilib ki, bunlardan da 3 min nəfəri cihaza bağlıdır və bu səbəbdən ölənlərin sayında artım ehtimalı var. Buna görə protokolların daha ciddi tətbiq olunmasını lazımdır. "Təəssüf ki, istəklərə baxmayaraq, iki həftəlik bağlanma təmin edilmədi, lakin Korona ilə Mübarizə Üzərə Milli Qərargahı tərəfindən yerinə yetirilməyən natamam və zəif bir təlimat verildi."

Ayrıca, Tehran Rifah idarəsinin baş direktoru "Əmin Şahroxi", əyalət daxilində uşaq bağçalarının tamamilə bağlanmasının müddətinin uzadılacağını açıqladı. Onun sözlərinə görə, bəzi bağçalar ofislərin bağlanmaması səbəbindən fəaliyyətlərini qanunsuz və gizli şəkildə davam etdirə bilər, iki dəfə müşahidə ediləcəyi təqdirdə xəbərdarlıq ediləcək və üçüncü dəfə bağlanacaq.

Tehrandakı ən əhəmiyyətli koronavirus hadisələrindən biri, İslam Respublikasının polis rəisi "Hüseyin Əştəri" nin yoluxmasıdır.

İran şəhərlərindəki Korona

Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari, İranda bazar günü günortadan əvvəl 24 saat ərzində ölənlərin sayının 459 olduğunu söylədi və ölənlərin ümumi sayının 38.291-ə çatdığını söylədi.

Gündəlik ölüm nisbətininin bu rəqəmə çatması ilk dəfə deyil.

Eyni 24 saat ərzində PCR testi müsbət nəticə verən insanların sayı ilə əlaqədar Lari dedi: "Ölkədə Kovid-19 xəstəsi olan 9 min 236 yeni xəstə aşkar edildi və onlardan 2 min 712 nəfəri xəstəxanaya yerləşdirildi."

Hazırda ölkə üzrə xəstəxanaların reanimasiya şöbəsində 5523 ağır xəstə var.

İran əyalətlərindəki vəziyyətlə əlaqədar olaraq Lari dedi, Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Semnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyeh və Boyer-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Xorasan Rəzəvi, Mazandaran, Çaharmahal və Bəxtiyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi Kerman , Şimali Xorasan, Həmedan, Yəzd və Kürdüstan qırmızı rəngdədir. Ayrıca Hormozqan, Fars, Golestan və Sistan və Bəlucistan əyalətləri narıncı və sarı rəngdədir.

Əlborz əyalətində son bir neçə həftə ərzində xəstəliyin alovlanması davam edir və bazar günü günortaya qədər yalnız 24 saat ərzində bu əyalətdə daha 21 nəfər öldü və Əlborzdakı Korona virusundan ölənlərin sayı 1.862-yə çatdı. Ayrıca, 115 yeni xəstənin qəbulu ilə Kovid-19 xəstəliyi olan qəti və şübhəli xəstələrin sayı 899 nəfərə çatdı.

Məşhədin Qaem Tibbi-Təhsil-Tədqiqat Mərkəzinin direktoru Həsən Xodapərəst, xəstəxanaya yerləşdirmə sayının artması səbəbiylə xəstəxananın ikinci mənfi qatındakı korona xəstələrə başqa palataları həsr etməyə məcbur olduqlarını söylədi. O dedi: "Bu xəstəxanaya insult və ya böyrək xəstəliyi əlamətləri ilə gələn çox sayda xəstə var və lazımi analizlərdən sonra Korona xəstəliyi olduğu müəyyənləşir."

Şərhlər

Özəl hesabat

Behbahanlı vətəndaşlardan 71 nəfəri Umumi və İnqilab Məhkəməsinə çağırıldılar

Oktyabr 9, 2020
1 dəqiqədə oxunur
Behbahanlı vətəndaşlardan 71 nəfəri Umumi və İnqilab Məhkəməsinə çağırıldılar